“Əvvəla buraya gəlib məni yalnız buraxmayan hər kəsə təşəkkür edirəm. “Sarı gəlin” mahnısını dəfələrlə oxumuşam, bu mahnıya yenidən müraciət etməyim təsadüfi deyil. Ermənilər bizim xalq mahnılarını mənimsəyirlər, sonra da üzümüzə dururlar ki, bizim musiqidir. Borcumuz mahnılarımıza sahib çıxıb, onları dünyada tanıtmaqdır. Bir çox sənətçilər “Sarı gəlin”i ifa ediblər. Mən fərqli bir iş ərsəyə gətirmək istədim. Musiqini Azərbaycan Dövlət Simfonik Orkestri ilə yazdırmışam. Mahnıya rejissor Abbas Quliyev ekran həyatı verib. Digərləri kimi Azərbaycanın müxtəlif bölgələrində, Milli geyimdə çəkilən kliplərdən fərqli olaraq, mən əsasən təxəyyülümün məhsuluna üstünlük verdim, uşaqlıqdan gördüklərim qum üstündə təsvir edildi”.
Son xəbərlər
Son Xəbərlər