Nəzrəddin Əhmədzadə də təltif olunub

nezreddin-ehmedzade-de-teltif-olunub
Oxunma sayı: 3214

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Vətən müharibəsində döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən hərbçilərin təltif olunması ilə bağlı sərəncamlar imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, təltif olunanlar arasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini Nəzrəddin Əhmədzadə də var. O, prezidentin sərəncamları ilə "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və “Laçının azad olunmasına görə” medallarına layiq görülüb.

Qeyd edək ki, N.Əhmədzadə 1982-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. O, 2014-cü ildə Prezidentin sərəncamı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini təyin edilib.