“Qafqazinfo”ya daxil olan məlumata görə, mərkəzin təmsilçisi İsveçrədə Belçikanın sabiq Baş naziri, hazırda isə “İnternational İDEA”ya rəhbərlik edən İv Letermlə görüşərək Foruma hazırlıqla əlaqədar fikir mübadiləsi aparıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan İv Leterm bu ilin aprelində keçirilmiş II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak edib.
Növbəti görüşlər Slovakiyanın paytaxtı Bratislavada ölkənin sabiq Prezidenti, Baş naziri və Xarici İşlər naziri Mikulaş Dzurinda və Budapeştdə Macarıstanın keçmiş hökumət başçısı Peter Medeşi ilə keçirilib. Hər iki siyasətçi Mərkəzin üzvlüyünə qəbul olunub. Onlar təşkilatın yeni nümayəndəsi olaraq oktyabr-noyabr aylarında Azərbaycana gələrək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işi ilə yaxından tanış olacaqlar.
Son xəbərlər
Son Xəbərlər