“Niaqara” və “Cratos” daha 1000 ailəyə yardım etdi - Fotolar

niaqara-ve-cratos-daha-1000-aileye-yardim-etdi
Oxunma sayı: 2640

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə sosial aksiyalar davam edir.

“Qafqazinfo” xəbər verir ki, “Niaqara” və “Cratos” restoranlarının sahibləri tərəfindən növbəti ərzaq yardımı aksiyası həyata keçirilib, karantin dövründə ehtiyacı olan ailələrə ərzaq paylanılıb.

Bu dəfə də kampaniya geniş kütləni əhatə edib. Belə ki, sahibkarlar 1 000 ailəyə, o cümlədən qazilərə, müharibə əlillərinə yardım ediblər. Vətəndaşlar gündəlik tələbat mallarından ibarət ərzaq bağlamaları ilə təmin ediliblər.