“Niaqara” və “Cratos” Daun sindromlu və autizmli uşaqları sevindirdi - Video

niaqara-ve-cratos-daun-sindromlu-ve-autizmli-usaqlari-sevindirdi
Oxunma sayı: 997

“Niaqara” və “Cratos” restoranlarının sahibləri tərəfindən növbəti xeyriyyə tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, onlar 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə serebral iflic, autizm və Daun sindromundan əziyyət çəkən 300-ə yaxın uşağı sevindirib.

“Atrium” uşaq əyləncə mərkəzində baş tutan tədbirdə rəsmi şəxslər də iştirak edib.

Uşaqlar üçün şənlik təşkil olunub, onlara hədiyyələr paylanılıb.

Məşhur müğənnilərin də iştirak etdiyi şənlik uşaqlara əsl bayram sevinci yaşadıb.