“Niaqara” və “Cratos” restoranlarının rəhbərliyindən Prezidentin çağırışına dəstək

niaqara-ve-cratos-restoranlarinin-rehberliyinden-prezidentin-cagirisina-destek
Oxunma sayı: 5568

Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrı-ayrı dövlət qurumları, özəl şirkətlər və vətəndaşlar tərəfindən vəsaitlərin köçürülməsi davam edir.

“Qafqazinfo”nun məlumatına görə, bu məqsədlə “Niaqara” və “Cratos” ailəvi restoranlarının rəhbərliyi ölkəmizdə koronavirusla (COVID-19) mübarizə çərçivəsində Prezident İlham Əliyevin çağırışına dəstək olaraq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50.000 manat vəsait köçürüb.

“Niaqara” və “Cratos” ailəvi restoranlarının rəhbərliyi ölkəmizdə koronavirusla mübarizə üzrə təşəbbüsün başladılmasını alqışlayır, ölkəmizin koronavirusa (COVİD-19) qalib gələcəyinə əminliyini bəyan edir.