Niderland futbolunda şok - 25 oyunçu öz matçına mərc etdi

niderland-futbolunda-sok
Oxunma sayı: 2822

Niderland futbol liqalarında 25 futbolçunun öz oynadıqları matçlara mərc etdiyi bəlli olub.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə “dutchnews.nl” saytı məlumat yayıb.

Bildirilib ki, 25 futbolçudan 6-sı əsas liqa, qalanı isə aşağı liqa klublarının üzvləridir.

Hazırda ölkə polisi bununla bağlı araşdırmalara başlayıb.

Niderland Futbol Federasiyası məlumatı təsdiq edib.