Niderland millisinin baş məşqçisi bəlli oldu

niderland-millisinin-bas-mesqcisi-belli-oldu
Oxunma sayı: 1229

Niderland millisinin yeni baş məşqçisi məlum olub. 

“Qafqazinfo” “De Telegraaf”a istinadla xəbər verir ki, yığmanı bundan sonra Frank de Bur çalışdıracaq. 50 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
 
Niderlandlı mütəxəssis bu vəzifədə “Barselona”ya baş məşqçi təyin olunan yerlisi Ronald Kumanı əvəz edib.
 
De Burun son çalışdığı yer ABŞ klubu “Atlanta Yunayted” olub.