Niderland hakimiyyəti Rusiyanın bu ölkədə olan 200 milyon avrodan çox aktivlərini dondurub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Niderlandın Mərkəzi Bankının rəhbəri Klaas Knot açıqlama verib.
“Aİ-nin Rusiyaya qarşı ilk sanksiyalar paketi fevralın 24-də qəbul edilib. Deyə bilərəm ki, bu müddət ərzində biz 200 milyon avrodan çox vəsaiti dondurmuşuq. Bu məbləğin artacağı istisna deyil” - Knot bildirib.
Son xəbərlər
Son Xəbərlər