Niderland Ukraynaya 200 “Stinger” göndərəcək

niderland-ukraynaya-200-stinger-gonderecek
Oxunma sayı: 3917

Niderland hökuməti Ukraynaya 200 ədəd “Stinger” zenit raketi göndərəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Niderland Xarici İşlər və Müdafiə Nazirliyinin verdiyi ortaq yazılı açıqlamada bildirilib.

Ukraynanın əlavə hərbi maddi dəstək tələb etdiyi və bunun qarşılanacağı qeyd edilib.

Açıqlamada, silah, radar və dəbilqə kimi müxtəlif hərbi materialların bəzilərinin bu gün göndərildiyi, digərlərinin isə ən qısa zamanda təhvil veriləcəyi deyilib.