Dünya çempionatında A qrupunda ikinci turun oyunları yekunlaşacaq.
“Qafqazinfo” xəbər verir ki, qrupun sonuncu oyununda Niderland millisi Ekvadorla üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtilə saat 21:00-da başlayacaq.
DÇ-2022 A qrupu, ikinci tur.
Niderland-Ekvador
***
Matç başladı.
***
Niderland hesabı açır. Qakpo 6-cı dəqiqədə fərqləndi.
**
Ekvador Niderlandla oyunda hesabı bərabərləşdirdi. Estupinian 45+3-cü dəqiqədə fərqlənir.
VAR-a baxdıqdan sonra hakim qolu ləğv etdi.
***
Ekvador hesabı bərabərləşdirir. Enner Valensiya 49-cu dəqiqədə fərqlənir.
***
Matç bitdi.