Diasporla İş Üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Azərbaycan Gənclər Təşkilatının sədri Toğrul Eyvazov və onun müavini Yusif Əzimov təhsil aldıqları Erasmus Universitetində “Bakı 2015” və Azərbaycana dair xüsusi təqdimat hazırlayıb.
Universitetin Avropa, Asiya və Afrikadan olan 120-dək tələbəsi üçün hazırlanmış təqdimatda əvvəlcə Avropa Oyunları haqda çəkilən qısametrajlı videoçarx nümayiş etdirilib. Daha sonra Toğrul Eyvazov və Yusif Əzimov Bakı 2015 Birinci Avropa Oyunları haqqında hazırlanmış xüsusi videotəqdimat vasitəsilə möhtəşəm yarış barədə gənclərə geniş məlumat verib.Təqdimatın ikinci hissəsində Azərbaycanın tarixi, zəngin mədəniyyəti, incəsənət abidələri, mətbəxi və xalqımızın qonaqpərvərliyindən bəhs olunub.
Azərbaycan Gənclər Təşkilatı (Rotterdam) Bakı 2015 Birinci Avropa Oyunları ilə bağlı təbliğat kampaniyasını davam etdirəcək.
Son xəbərlər
Son Xəbərlər