Niderland səmasında qrup uçuşu həyata keçirən iki yüngülmotorlu təyyarə havada bir-biri ilə toqquşub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 2 nəfər ölüb. Təyyarələrdən biri toqquşmadan sonra yerə çırpılıb.
Digəri isə təhlükəsiz eniş edə bilib. Daha 2 pilot xəstəxanaya çatdırılıb. Hadisənin səbəbləri araşdırılır.
Son xəbərlər
Son Xəbərlər