Niderlandda koronavirusdan ölənlərin sayı 3 minə çatır

niderlandda-koronavirusdan-olenlerin-sayi-3-mine-catir
Oxunma sayı: 827

Son 24 saatda Niderland krallığında koronavirusdan ölənlərin sayı 122 nəfər artaraq 2,945-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Niderland Krallığının Səhiyyə Nazirliyi açıqlama yayıb. Qeyd olunub ki, ölkə üzrə koronavirusa yoluxanların sayı 27,419-a çatıb. Ümumilikdə 8,939 pasientin xəstəxanalarda müalicə aldığı bildirilib.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 1,939,525-ə çatıb, 120,885 nəfər xəstəlik səbəbindən həyatını itirib.