Niderlandda meriya binasında Azərbaycan bayrağı asıldı - Foto

niderlandda-meriya-binasinda-azerbaycan-bayragi-asildi
Oxunma sayı: 1664

Niderlandın Osterveyk şəhər meriyasının binasında mer Hans Yansenin təşəbbüsü ilə "Baku Network" Ekspert Şurasının direktoru, Trend İnformasiya Agentliyinin baş direktor müavini, fəlsəfə doktoru Elxan Ələsgərovun xatirəsinə Azərbaycan bayrağı asılıb.

“Qafqazinfo” xəbər verir ki,  Elxan Ələsgərov 2008-2015-ci illərdə Azərbaycanın Haaqadakı səfirliyində işləyib.

Niderlandda ezamiyyəti müddətində E.Ələsgərov ilk dəfə Azərbaycan əsilli niderlandlı qəhrəman, Zaqatalada anadan olmuş Məmməd Məmmədov (Medo), eləcə də İkinci dünya müharibəsi dövründə bu ölkədə əsrlikdə olmuş 22 həmyerlimiz barədə tədqiqat aparıb.