Niderlandda poçt bağlamalarında göndərilən iki bomba partladı

niderlandda-poct-baglamalarinda-gonderilen-iki-bomba-partladi
Oxunma sayı: 1251

Niderlandın Kerkrad və Amsterdam şəhərlərində bu gün səhər poçt bağlamalarında gizlədilmiş iki ədəd bomba partlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Niderland İctimai Yayımları Şirkəti polisə istinadən məlumat yayıb.

Bildirilir ki, Kerkradda poçt şirkətinin çeşidləmə nöqtəsində bir bağlama partlayıb. Hadisə yerində olan işçilər və müştərilər təxliyyə ediliblər.

Amsterdamdakı partlayış səhər saat 8-dən əvvəl şəhərin qərb hissəsindəki poçt binasında baş verib.

İnsident nəticəsində heç kim zərər görməyib.