Niderlandda süni ürək nəqli edilən ilk xəstə öldü

niderlandda-suni-urek-neqli-edilen-ilk-xeste-oldu
Oxunma sayı: 2579

Niderlandda 2021-ci ilin noyabrında süni ürək köçürülən ilk xəstə əməliyyatdan 8 ay sonra vəfat edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Utrext Universiteti Xəstəxanası açıqlama yayıb.

Açıqlamada adı çəkilməyən 54 yaşlı kişi xəstənin 2022-ci ilin iyununda vəfat etdiyi bildirilib.

Məlumata görə, süni ürək istehsalçısı olan “Carmat” firması ölüm faktını araşdırmaq üçün Niderlandın Səhiyyə və Gənclik Müfəttişliyinə müraciət edib.

Fransız şirkətinin 2013-cü ildən müalicə şansı olmayan xəstələr üçün süni ürək istehsal etdiyi qeyd olunub.