Niderlandda tikintisi davam edən bir məscid naməlum şəxs tərəfindən yandırılıb.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Qouda şəhərində baş verib.
İnşaatı davam edən Əssəlam məscidinin 40 yaşlı bir şəxs tərəfindən yandırıldığı, tikiliyə zərər dəydiyi bildirilib.
Yanğın söndürülüb. Faktla bağlı yerli polisə müraciət edilib və müvafiq araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər