Niderlandda “Xocalıya ədalət!” tələbli poçt markaları buraxıldı

Niderlandda “Xocalıya ədalət!” tələbli poçt markaları buraxıldı
Oxunma sayı: 453

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində beynəlxalq poçt markaları çap edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, markalarda Xocalı soyqırımının baş verdiyi tarix və “#justiceforkhojaly” (“Xocalıya ədalət!”) tələbi əks olunub.

Diaspor təşkilatları bu il Niderlandın rəsmi orqanlarına və beynəlxalq təşkilatlara ünvanlanacaq bəyanatları üzərində “#justiceforkhojaly” tələbi yazılmış poçt markalarının yapışdırıldığı konvertlərdə göndərəcəklər.