Niderlandın huşunu itirən Səhiyyə naziri istefa verdi

niderlandin-husunu-itiren-sehiyye-naziri-istefa-verdi
Oxunma sayı: 3536

Niderlandın huşunu itirən Səhiyyə naziri Bruno Byuins istefa verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hökumətin rəsmi saytında məlumat dərc olunub:

“Səhiyyə naziri B.C.Bryuins martın 19-da kral Villem-Aleksandra vəzifəsindən azad olunması haqda ərizəsi ilə müraciət edib. Kral onun istefasını qəbul edib”.

Xatırladaq ki, Bryuins dünən parlamentdə koronavirusla bağlı məsələnin müzakirəsi zamanı huşunu itirib. O, daha sonra Tvitter səhifəsində açıqlama verərək bunu yorğunluqla əlaqələndirib.