Niderlandlı futbolçu Azərbaycandan təklif alıb

niderlandli-futbolcu-azerbaycandan-teklif-alib
Oxunma sayı: 1442

“Sparta”dan (Niderland) ayrılan futbolçu Bart Vrinds Azərbaycandan təklif alıb.

“Qafqazinfo” xəbər verir ki, 31 yaşlı müdafiəçi bu barədə ölkəsinin vi.nl saytına açıqlamasında danışıb. O, Azərbaycana gəlmək istəmədiyini deyib:

“Kipr, Azərbaycan, Hindistan, Küveytdən təklif aldım. Amma hər şey mənim istəklərimin əksinədir. Buna görə də getməməyə qərar verdim”.

Qeyd edək ki, Bart ötən mövsüm "Sparta"da 34 matçda 3 qol vurub.