Nigar Röyadan belə qisas aldı...

nigar-royadan-bele-qisas-aldi
Oxunma sayı: 4109

Avroziviya qalibi, məşhur müğənni Nigar Camal “ATV maqazin onlarla”nın “Hit parad” rubrikasına qonaq olub. “Qafqazinfo” xəbər verir ki, Nigar siyahıdakı küsülü olduğu həmkarları Röya Ayxan barədə danışmasa da, sırlamada maraqlı bir addım atıb. 

Belə ki, o, bir müddət əvvəl dava etdiyi Röya ilə aralarında soyuq külək əsən məşhurları 5-liyə daxil edib.  

Nigar 2011-ci ildən etibarən R.Ayxanla danışmayan  Samir Cavadzadəni 1-ci edib.  Sənətçi dostunun ünvanına təriflər yağdırıb. 

Sənətçi ikinci yerə Röya ilə münasibəti normal olan Tünzalə Ağayevanı  daxil etsə də, 3-cü sırada əməkdar artistlər arasında soyuq küləklər əsən Günay İbrahimlini qərarlaşdırıb. 

Nigar illərdir ki, Röyayla danışmayan Natavan Həbibini 4-cü, əməkdar artistlə qalmaqalda ona dəstək olan İradə İbrahimovanı  5-ci edib.