Nigar və Aygün bu dəfə şəhidlərə mahnı həsr etdi - Video

nigar-ve-aygun-bu-defe-sehidlere-mahni-hesr-etdi
Oxunma sayı: 2514

“Eurovision 2011” qalibi Nigar Camal və Əməkdar artist Aygün Bəylər növbəti duetini təqdim edib.

"Qafqazinfo" xəbər verir ki, sənətçilərin “Şəhidlər” adlı klipi “Youtube” video portalında paylaşılıb. Musiqisi İsmayıl Əsədova, sözləri Zəminə Xınalıya məxsus mahnının videosunda Vətən müharibəsinin və şəhidlərimizin görüntüləri yer alıb.

“Vətən müharibəsi zamanı hər kəs xalqa, vətənə faydalı olmağa çalışdı. Biz sənətçilər isə sənətimizlə dərdinizə şərik olmaq istədik. Əməkdar artist, sevimli sənətkar Aygün Bəylərlə növbəti duetimizi Vətən üçün canından keçən igidlərimizə həsr etdik”, - deyə Nigar Camal bildirib.

Qeyd edək ki, mahnının videosu Rasif Əliyevə, aranjimanı isə Samir Sultanova, yayım hüququ isə “mikpro”ya məxsusdur. Onu da bildirək ki, müğənnilər bundan öncə “Nəfəsim, qəlbim” adlı duet təqdim etmişdilər.