Nigar Yaqublunun azad olunacağı xəbəri yayıldı

nigar-yaqublunun-azad-olunacagi-xeberi-yayildi
Oxunma sayı: 642

Bu barədə Avropa.info-ya hakmiyyətə yaxınlığı ilə seçilən hüquq müdafiəçilərindən biri məlumat verib. Mənbənin dediyinə görə, bununla bağlı hazırda ölkədə olan Avropa Şurasının həmməruzəçiləri məsələ qaldırıblar və hakimiyyət dairələrinin razılığını alıblar.Bu səbəbdən də Nigar Yaqublunun məhkəmə hökmünün tezləşdirilməsi gözlənilir. Çünki məhkəmə hökmü olmadan Nigarın əfv fərmanına salınması hüquqi cəhətdən mümkün deyil.

“Qafqazinfo” ya açıqlama Nigar Yaqublunun atası Tofiq Yaqublu sözügedən informasiyaya belə münasibət bildirib: “Bizdə Nigarın əfv ediləcəyi ilə bağlı informasiya yoxdur. Məhkəmə bitmədən və hökm oxunmadan haradan bilirlər ki, Nigar əfv olunacaq. Ola bilsin ki, həmin hüquq müdafiəçisinin hakimiyyətlə yaxınlığı var və nələrsə ona bəllidir. Amma məntiqlə məhkəmənin qərarı olmadan bunun necə ediləcəyi mənə qəribə gəlir. Bu bir az qəribə informasiyaya bənzəyir”.

Xatırladaq ki, Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi “KAMAZ” markalı avtomaşınla toqquşub. Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edib. İstintaq iddia edir ki, qəza onun təqsiri üzündən baş verib.

Günel