Nigarın ideyasını Elnarənin klipində istifadə etdi - Video

nigarin-ideyasini-elnarenin-klipinde-istifade-etdi
Oxunma sayı: 1820

Əməkdar artist Aygün Bəylər və müğənni Nigar Camalın bir neçə gün sonra təqdim edəcəyi “Nəfəsim, qəlbim” layihəsi söz-söhbətə səbəb olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əvvəlcə Nigar sözügedən mahnıya klip çəkmək üçün rejissor Nail Naiboğluya müraciət edib. Tərəflər arasında klip müzakirə olunub, Nigar öz ideyasını rejissorla bölüşüb.

Lakin N. Camal qısa müddət sonra layihəsini Nailin ekranlaşdırmasını istəməyib, öz ideyasını reallaşdıracaq başqa rejissor axtarışına çıxıb və Əli Zamansoyla razılaşıb.

Bundan sonra isə N. Naiboğlu Nigarın həmin ideyasını müğənni Elnarə Xəlilovanın klipində həyata keçirib. Lakin onun bu addımına qarşı tərəf reaksiya verməyib. Çünki hava şəraiti ilə bağlı N.Camalın klipinin ssenarisi başqa məcraya yönəlib.