Nigarla Eldar eyvanda konsert verdi - Video

Nigarla Eldar eyvanda konsert verdi
Oxunma sayı: 3788

Azərbaycan Televiziyasında (AzTV) koronavirus (COVİD- 19) səbəbi ilə sosial izolyasiyada qalan vətəndaşlar üçün maraqlı layihə təşkil edilib. 

“Qafqazinfo” xəbər verir ki, “Eyvana çıx” adlı yeni proqram Azərbaycanın xüsusi karantin rejimində olduğu müddətdə canlı yayımlanacaq. 

Məşhur müğənnilər yaşadıqları mənzilin eyvanlarına çıxaraq konsert proqramı ilə çıxış edəcəklər. Verilişin ilk qonağı “Eurovision – 2011” qalibləri Eldar Qasımov və Nigar Camaldır. 

Qeyd edək ki, layihəni həftənin 1; 3 və 5-ci günlər, saat 14:30-da izləmək mümkün olacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi