Niger liderini mühafizəçiləri saxlayıb?

niger-liderini-muhafizecileri-saxlayib
Oxunma sayı: 2003

Xəbər verdiyimiz kimi, Nigerin Prezident Qvardiyasının bir qrup əsgəri ölkənin paytaxtı Niameydə dövlət başçısı Məhəmməd Bazumun ofisinin yerləşdiyi binaya girişi bağlayıb.

“Qafqazinfo”nun “Kommersant” nəşrinə istinadən məlumatına görə, dövlət başçısının iqamətgahına girişi prezidentin mühafizəçiləri bağlayıb.

Onlar danışıqlardan sonra Bazumu buraxmaqdan imtina ediblər.

Ordu isə, öz növbəsində, onlara ultimatum verib.

Qeyd edək ki, Mohammed Bazum 2021-ci ildə prezident seçilib.