Niger “France24” telekanalını və RFI radiosunu bloklayıb.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu, ölkədəki çevrilişdən bir həftə sonra baş verib.
Fransa tərəfi isə “Müəyyən edilmiş hüquqi çərçivədən kənarda qəbul edilmiş bu qərarı pisləyirik”, - deyə həmin hadisəyə münasibət bildirib.
Xatırladaq ki, iyulun 27-də Niger hərbçiləri Prezident Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığını və respublika sərhədlərinin bağlandığını elan edib. Qiyamçılar tərəfindən devrilən M. Bazum xalqın onun prezidentliyinin nailiyyətlərini qoruya biləcəyinə ümid etdiyini bildirib.
Son xəbərlər
Son Xəbərlər