Nigerdə ən son vəziyyət... - Video

nigerde-en-son-veziyyet
Oxunma sayı: 1805

Nigerin paytaxtı Niameyda həm qiyamçıların devirdiyi Prezident Məhəmməd Bazuma, həm də qiyamçılara dəstək nümayişləri keçirilib.

“Qafqazinfo” “France Info” radiosuna istinadən xəbər verir ki, etirazlar zamanı qiyamçıların tərəfdarları hakim Niger Partiyasının ofisinə hücum ediblər və binanın yanındakı dayanacaqda avtomobilləri yandırıblar.

Həmçinin oxuyun: Азер Гарашов был убит - задержан его сын

Nigerdəki qiyamçıların lideri polkovnik Amadu Abdraman ölkə əhalisini sakitləşməyə və vandalizm və zorakılıqdan çəkinməyə çağırıb.

Xatırladaq ki, iyulun 27-də Niger hərbçiləri Prezident Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığını və respublika sərhədlərinin bağlandığını elan edib. Qiyamçılar tərəfindən devrilən M. Bazum xalqın onun prezidentliyinin nailiyyətlərini qoruya biləcəyinə ümid etdiyini bildirib.

Həmin görüntüləri təqdim edirik: