Niger Respublikasında baş verən çevrilişdən sonra prezident qvardiyasının rəhbəri general Əbdürəhman Tiani özünü ölkənin yeni lideri adlandırıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, general cümə günü dövlət televiziyasında çıxış edərkən titrlərdə onun prezident olduğu göstərilib.
Tiani ölkədə geniş yayılmış korrupsiyanı, zəif idarəçilik və təhlükəsizlik problemlərini pisləyib.
O bildirib ki, Niger beynəlxalq tərəfdaşlığa hörmətlə yanaşacaq.
Xatırladaq ki, iyulun 27-də Niger hərbçiləri Prezident Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığını və respublika sərhədlərinin bağlandığını elan edib. Qiyamçılar tərəfindən devrilən M. Bazum xalqın onun prezidentliyinin nailiyyətlərini qoruya biləcəyinə ümid etdiyini bildirib.
Son xəbərlər
Son Xəbərlər