Nigerdə hakimiyyəti ələ keçirən qiyamçılar Fransaya uran və qızıl ixracını dayandırmaq qərarına gəliblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qiyamçılar həmçinin, Fransanı devrilən Prezident Məhəmməd Bazumun hakimiyyətini bərpa etmək üçün hərbi müdaxilə təşkil etməkdə ittiham ediblər.
“Bizim uranımız, almazımız, qızılımız, neftimiz var və biz qul kimi yaşayırıq? Təhlükəsizliyimiz üçün fransızlara ehtiyacımız yoxdur”, - deyə qiyamçılardan biri bildirib.
Son xəbərlər
Son Xəbərlər