Nigerin cənubunda terrorçuların hərbçilərə silahlı hücumu qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Frans Press” məlumat yayıb.
Silahlı hücum nəticəsində 15 hərbçi ölüb, daha 19-u isə yaralanıb.
Hücuma görə heç bir terror qruplaşması məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, bölgədə "Boko Haram" terror qruplaşması fəaliyyət göstərir.
Son xəbərlər
Son Xəbərlər