Nigeriya DÇ-yə gedə bilmədi, azarkeşlər stadionu dağıtdı - Video

nigeriya-dc-ye-gede-bilmedi-azarkesler-stadionu-dagitdi
Oxunma sayı: 1551

DÇ-2022-nin seçmə mərhələsində keçirilən Nigeriya - Qana matçından sonra yerli azarkeşlər iğtişaş törədiblər.

“Qafqazinfo” xəbər verir ki, 1:1 hesablı nəticə ilə Qana mundiala vəsiqə qazanıb. Nigeriya millisi isə 2006-cı ildən sonra ilk dəfə dünya çempionatının final mərhələsindən kənarda qalıb.

Bununla barışmayan nigeriyalı fanatlar oyundan sonra meydana girib və hər şeyi məhv etməyə başlayıb. Polis azarkeşləri sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə etməli olub.