Nigeriya Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatının “dondurulması” planını dəstəkləyib.
“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, məlumatı RNS yayıb.
Qeyd edək ki, Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela neft hasilatı həcmini yanvar ayının səviyyəsinə uyğun saxlamaq barədə razılığa gəlib.
Azərbaycan isə neft hasilatını yanvar ayındakı səviyyədə “dondurmağ”ı nəzərdən keçirmir. Bu barədə “Reuters"ə energetika nazirinin müavini Natiq Abbasov bildirib.
“Bilirik ki, Rusiya ilə OPEC arasında neftin hasilatının yanvar ayı səviyyəsində dondurulması ilə bağlı razılıq əldə olunub. Bizim belə bir planımız yoxdur”, - deyə nazir müavini söyləyib.
Son xəbərlər
Son Xəbərlər