Nigeriya ordusu Qvozanı cihadçılardan azad etdi

nigeriya-ordusu-qvozani-cihadcilardan-azad-etdi
Oxunma sayı: 946


“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, xilafətin qurulduğunu deyərkən “Boko Haram” şimal-şərqdəki şəhəri özünün paytaxtı elan etmişdir.

Ötən il cihadçılar tərəfindən oğurlanan 200-dək məktəbli qızın məhz Gyozada saxlanıldığı güman edilir.

Martın əvvəlində hərbçilər, Gyoza da daxil olmaqla, “Boko Haram” nəzarətində cəmi 3 şəhərin qaldığını bildirirdilər.

Ötən həftə isə Nigeriya prezidenti Goodluck Jonathan islamçı qruplaşmasının ələ keçirdiyi ərazilərin bir ay ərzində geri gaytarılacağına ümid etdiyini deyib.

2012-ci ildən bəri Nigeriyanın şimal-şərqində yaranan münaqişədə 15500 adam həlak olub.