Nigeriyada 2 türk oğurlanıb - Pula görə

nigeriyada-2-turk-ogurlanib
Oxunma sayı: 641

Nigeriyanın paytaxtı Abucada Türkiyə şirkətində işləyən 2 türk oğurlanıb.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Abucadakı səfiri Hakan Çakıl bildirib. 
 
Səfirin sözlərinə görə, iki türk işçi ölkənin cənub-qərbindəki Akva İbom bölgəsində qaldıqları hoteldən qaçırılıb. 

İşçilərin pul üçün qaçırıldığı ehtimal olunur. Belə ki, ölkədə bu tip cinayət hadisələri tez-tez baş verir.