Nigeriyada dinc əhali atəşə tutuldu - 45 ölü

nigeriyada-dinc-ehali-atese-tutuldu
Oxunma sayı: 848

Nigeriyanın şimal-qərbində yerləşən Kaduna əyalətində yerli sakinlərə qarşı silahlı hücum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 45 sakin qətlə yetirilib, xeyli sayda yaralı var. Yaralılar xəstəxanalara yerləşdirilib. Hadisəni bir qrup silahlı şəxs törədib. Araşdırmalara başlanılıb. 

Xatırladaq ki, ötən həftə də Kadunada silahlı hücumda 14 şaxtaçı həyatını itirmişdi. 

Nuranə