Nigeriyanın şimal-qərbində içərisində 160 sərnişin olan gəmi batıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 22 nəfər xilas edilib. Təxminən 140 sərnişinin taleyindən isə xəbər yoxdur.
Xilas edilən şəxslər xəstəxanaya yerləşdirilib. Məlumata görə, gəminin tutumu 80 nəfərlik olsa da, göyərtədə 160 nəfər olub.
Son xəbərlər
Son Xəbərlər