Nigeriya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Kaduna şəhər hava limanı yaxınlığında qəzaya uğrayıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, qəza nəticəsində 8 nəfər dünyasını dəyişib.
Ölənlərdən biri Nigeriya Silahlı Qüvvələrinin quru qoşunları Baş Qərargah rəisi, general İbrahim Attairudur.
Qəzanın səbəbləri araşdırılır.

Son xəbərlər
Son Xəbərlər