Nigeriyanın Zamfara əyalətində silahlı şəxslər küçədə insanları atəşə tutub.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, insident nəticəsində 10 nəfər ölüb. Yaralıların sayı dəqiq məlum deyil.
Məlumata görə, hücum motosikletçi qrup tərəfindən həyata keçirilib.
Hadisədən dərhal sonra bölgəyə təhlükəsizlik qüvvələri cəlb olunub.
Son xəbərlər
Son Xəbərlər