Nigeriyada silahlılar Niger ştatında yerləşən 8 kəndə hücum edib.
“Qafqazinfo” xəbər verir ki, hücum nəticəsində kəndlər qarət edilib, 62 nəfər isə öldürülüb. Bu barədə ölkənin “The Nation” qəzeti məlumat yayıb. Lakin yerli polis hələlik 12 nəfərin ölümünü təsdiqləyib.
Qeyd edək ki, son günlər Nigeriyada kütləvi qətl halları artıb. Belə ki, silahlı qruplaşmaların iyunun 8-10-da kəndlərə hücum etməsi 43 nəfərin ölümü ilə nəticələnmişdi.
Son xəbərlər
Son Xəbərlər