Nigeriyada maska taxmayanlar həbs olunacaq

nigeriyada-maska-taxmayanlar-hebs-olunacaq
Oxunma sayı: 1191

Qərbi Afrika ölkəsi olan Nigeriyada yeni növ koronavirusdan qorunmaq üçün maska taxmayanlar həbs olunacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə baş prokuror Wale Fapounda məlumat verib. O, qoruyucu vasitədən istifadə etməyənlərin həbs ediləcəyini bildirib. 

“Qoyduğumuz qaydalara əməl olunmur, məsuliyyətsizlik edilir. Xalqın sıx olduğu yerlərdə maska taxılmır, sosial məsafəyə riayyət edilmir. Yeni qərarlar hazırlayırıq. Maska taxmayanlara cinayət işi açılacaq”,- deyə Wale Fapounda qeyd edib.