Nigeriyada məsciddə partlayış - 11 ölü, 17 yaralı

nigeriyada-mescidde-partlayis
Oxunma sayı: 1994

Nigeriyada məsciddə partlayış olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Partlayış Kano əyalətinin Gezava bölgəsində sübh namazı vaxtı baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb, 17-si isə yaralanıb.

İnsidentin səbəbi araşdırılır.