Nigeriyanın Adamava əyalətində 2 kamikadze günorta namazı vaxtı üzərlərindəki partlayıcı qurğunu işə salıb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, güclü partlayış nəticəsində 42 nəfər ölüb, 68 nəfər isə yaralanıb.
Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Ölü sayının arta biləcəyi istisna edilmir.
Hücumun məsuliyyətinin hələlik heç bir qruplaşma öz üzərinə götürməsə də, “Bok Haram” terrorçu qruplaşmasından şübhə edilir.
Son xəbərlər
Son Xəbərlər