Nigeriyada məscidə hücum olub - 20 ölü

nigeriyada-mescide-hucum-olub
Oxunma sayı: 726

Nigeriyanın Niger əyalətində məscidə hücum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Polisin verdiyi məlumata əsasən hücum nəticəsində ən azı 20 nəfər ölüb. Hələ ki, məscidə hücum edənlərin şəxsiyyətinin müəyyən etmək mümkün olmayıb.

Bölgədə otlaqlar üstündə yerli kəndli fermerlər ilə köçəri çobanlar arasında toqquşmalar baş verir. Son hücumda da Fulani çobanlarının əlinin olduğu güman edilir.

Qeyd edək ki, son iki ildə ölkənin şimal-şərqində çobanlar ilə fermerlər arasında baş verən toqquşmalar nəticəsində 400-dən çox adam həyatını itirib.