Nigeriyanın Benue əyalətində neft tankeri partlayıb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, azı 50 nəfər dünyasını dəyişib. Hadisəyə yerli xalqın tankerdəki nefti boşaltmağa çalışdığı zamanı baş vermiş partlayış səbəb olub. Daha 70 nəfər yaralanıb, xeyli sayda insan itkin düşüb.
Partlayışın gücündən ətrafdakı evlər də külə dönüb.
Faktla bağlı cinayət işi açılıb.
Son xəbərlər
Son Xəbərlər