Nigeriyada oğurlanan türkiyəli dənizçilərdən 4-ü xilas edildi

nigeriyada-ogurlanan-turkiyeli-denizcilerden-4-u-xilas-edildi
Oxunma sayı: 768

Nigeriyanın Kvara əyalətində qaçırılan Türkiyənin 4 vətəndaşı xilas edilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, ötən həftə paytaxt Abujaya 500 kilometr məsafədə yerləşən Kvara əyalətində silahlı şəxslər tərəfindən qaçırılan Yasin Çolak, Şener Paşa, Ergün Yurdakul, Seyid Əmrə Çelik polisin keçiridiyi əməliyyatlardan sonra azad olublar.

Qeyd edək ki, iyulun 13-də Nigeriyada türk gəmisinə hücum olmuş 18 heyət üzvündən 10-u qaçırılmışdı. Hazırda digər dənizçilərin xilası üçün işlər görülür.