Nigeriyada təyyarə qəzasında ölənlərin sayı açıqlandı - Yenilənib

nigeriyada-teyyare-qezasinda-olenlerin-sayi-aciqlandi
Oxunma sayı: 2764

Nigeriyanın paytaxtı Abuci şəhəri yaxınlığında təyyarə qəzası baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin aviasiya naziri Hadi Sirika Tvitterdə yazıb. “King Air 350” təyyarəsi yaşayış məhəllələrinin yaxınlığında boş sahəyə düşərək yanıb.

“Daily Post” nəşri təyyarədə olanların hamısının öldüyünü yazır.

Qəzanın mühərrikdə baş verən problem səbəbindən meydana gəldiyi ehtimal olunur.

***

Təyyarə qəzası nəticəsində 7 nəfər həlak olub.