Nigeriya sahillərində silahlı şəxslər Türkiyə gəmisinə hücum təşkil ediblər.
“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə bayrağı altında üzən “Paksoy-I” karqo gəmisinə hücum iyulun 15-də axşam saatlarında olub.
Gəminin göyərtəsində ümumilikdə 18 Türkiyə vətəndaşı olub, onlardan 10 nəfəri qaçırılıb.
Qaçırılan şəxslərin kimliyi barədə hələ məlumat yoxdur.
Son xəbərlər
Son Xəbərlər