Nigeriyalı Bakıda hoteldən qovularkən soyulduğunu deyir

nigeriyali-bakida-hotelden-qovularken-soyuldugunu-deyir
Oxunma sayı: 2127

Nigeriya vətəndaşı Bakıda hoteldən qovulduğunu iddia edir. 

“Qafqazinfo” xəbər verir ki, Odlar Yurdu Universitetinin 3-cü kurs tələbəsi olan 2002-ci il təvəllüdlü Agona Viktor Chibueze müvəqqəti yaşadığı və İçərişəhərdə yerləşən “Cayra” hotelindən qovulduğunu bildirib.

O iddia edib ki, hotelin sahibi onun əşyalarını küçəyə atıb və bu zaman çantasındakı 1500 dollar oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd